Bia.Az

Ölkə vətəndaşı olmayanların Azərbaycandan təzminat tələbi - yeni erməni hiyləsi

Siyasət
 30-09-2023, 11:54     459

Hüquqşünas: “Ermənistanın bu yalanları da ayaq tutmayacaq və ifşa olunacaq, Azərbaycan köç prosesinə ciddi nəzarət edir, Laçın yolundakı nəzarət buraxılış məntəqəsində bizim müvafiq qurumlar qeydiyyat aparır”

Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı 29 sentyabrda verdiyi açıqlamada deyilir. Ombudsman qeyd edib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Respublikası bu il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.
Açıqlamada həmçinin bildirilib: “Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili olaraq, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən ”916" Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada ombudsmana müraciət edə bilərlər".
Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni sakinlərin Qarabağdan Ermənistana könüllü köçü isə davam edir. İki xalq arasında düşmənçiliyin bitməsində maraqlı olmayan xaricdəki məlum məkrli güclər və mərkəzlər erməni radikal-revanşistlərlə birləşərək bunu utanmazcasına “etnik təmizləmə” kimi qələmə versələr də, gerçək, əlbəttə ki, bunun əksini deyir.
“Artsaxa qarşı aparılan genişmiqyaslı müharibə nəticəsində insanların zorla köçürülməsi və mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə yüz minlərlə iddia təqdim olunacaq ki, bu da özündə Azərbaycandan təzminat tələblərini ehtiva etməlidir. Biz indi faktları toplayırıq”. “Yeni Müsavat” xəbər verir ki, bunu isə erməni hüquqşünas Siranuş Saakyan deyib.
“Avropa Məhkəməsinə yüz minlərlə şikayət...” Bu axçi nə çərənləyir görəsən? Qarabağda heç 50 min erməni yaşamayıb. Yaşayanların da çoxu işğal dövründə başqa ölkələrdən qanunsuz olaraq ərazimizə köçmüş ermənilər deyilmi?
İkincisi, heç vaxt Azərbaycan vətəndaşı olmayanlar Azərbaycandan necə təzminat tələb edə bilərlər? Bəllidir ki, Qarabağdan gedənlər ya Ermənistanın və ya  Rusiyanın pasportunu daşıyır, ya da artıq buraxılan mifik “artsax”ın “vətəndaşları”dır. Bunlar nə vaxt Azərbaycanın qanunlarını, Konstitusiyasını, ərazi bütövlüyü və suverenliyimizi saya saldılar ki, Azərbaycan dövləti də öz vətəndaşları kimi onların hansısa pozulan haqqına görə təzminat ödəsin?
Üçüncüsü, az öncə rəsmi İrəvan bəyan edib ki, Qarabağdan köç edən ermənilərə qaçqın statusu veriləcək. Yenə absurd. Beynəlxalq konvensiyaya görə, belə bir status başqa ölkədən qovulanlara verilir. Ermənistan öz vətəndaşlarına, yaxud tanınmayan qeyri-legitim s"arsaq" “vətəndaşları”na necə qaçqın statusu verə bilər? Onlar öz əlləri ilə bu statusdan da özlərini çoxdan məhrum ediblər. Rusiya vətəndaşlığı olan ermənilərə də qaçqın statusu tanına bilməz, çünki onlar Rusiyadan qovulmayıb. Ümumiyyətlə, onları heç kim qovmayıb. Azərbaycan sadəcə, qanuni tələb qoyub ki, ya onun vətəndaşlığını qəbul etsinlər, ya da yol açıqdır.
Beləcə, müşahidə edilən budur ki, Azərbaycana qarşı Fransa başda olmaqla, bəlli aktorların iştirakı ilə növbəti siyasi şou hazırlanır - fiasko olan “blokada” şousu kimi.
“Ümid edirəm ki, hökumətimizin Qarabağdan köçən mülki ermənilərlə bağlı planı var. Ancaq erməni özü köçsə belə, bütün əşyalarını burda qoyub gedirsə, mal-qarasını, evini də satmadan - əgər onlar bir daha onun əlinə keçməsə - daha sonra bizi onları qovmaqla ittiham edəcəklər, əsas da bu olacaq ki, canlarını təhlükədə hiss etdikləri üçün apar-topar getdilər. Jurnalistlərin çəkdiyi kadrlar da işə yaramayacaq”. Bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
Bunun qarşısını almaq üçün ekspertin ciddi təklifi var: “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən hər bir erməniyə sənəd imzalatdırmaq lazimdır. Orda ermənilər onlara Azərbaycanda qala biləcəkləri, mallarına və canlarına təminat verildiyi, daha sonra istədikləri halda qayıdıb mallarına sərəncam verə biləcəkləri haqda sənədi imzalasınlar. Qapıda AİHM-yə və Haaqaya aparteidlə bağlı müraciətlər var".
Belə bir sənəd köçkün ermənilərə imzalatdırılırmı? Başqa hansı ön tədbirlər görülür? İstənilən halda Avropa Məhkəməsinə bu müraciətlərin hüquqi nəticəsi ola bilərmi? Bəs budəfəki əks-təbliğatı vaxtında ifşa etmək üçün gördüyümüz işlər kifayətdirmi? Azərbaycan əleyhinə ağ yalanların faş edilməsi üçün daha nələr edilə bilər?    
Ermənistanın məqsədi Laçın sərhəd buraxılış məntəqəsinin bağlanmasıdır - Xəyal  Bəşirov (ÖZƏL) - Azer.Press
Xəyal Bəşirov
Hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Ermənistan ənənəvi yalan maşını yenə işə salıblar. İndi də ermənilərin Azərbaycandan guya zorla çıxarıldıqları yalanını dünyaya yayırlar. Növbəti ağ yalanları isə Qarabağdan könüllü olaraq köçən ermənilərin sayı ilə bağlıdır. Köçənlərin sayını saxtalaşdıraraq dəfələrlə yüksək rəqəmləri yayırlar. Lakin bu yalanları da ayaq tutmayacaq və ifşa olunacaq: “Azərbaycan köç prosesinə ciddi nəzarət edir. Laçın yolundakı nəzarət buraxılış məntəqəsində bizim müvafiq qurumlar fəaliyyət göstərir, qeydiyyat aparılır. Azərbaycan dövləti köçən ermənilərin sayı barədə dəqiq rəsmi məlumatı açıqlayacaq. Ermənistanın elan etdiyi saxta rəqəmlər daha çox beynəlxalq təşkilatlardan və ölkələrdən ”qaçqın" adı ilə mümkün qədər çox maddi yardımlar qoparmaqdır. Məqsəd həm də beynəlxalq səviyyəli məhkəmələrə müraciətlərində rəqəmlərin mümkün qədər çox göstərilməsidir. Ancaq onlar bu məsələdə də yalanlarını hamıya qəbul etdirə bilməyəcəklər. Beynəlxalq hüquqla köçən ermənilərə qaçqın statusu düşmür. Çünki onların böyük əksəriyyəti özləri də etiraf edirlər ki, işğal dövründə Ermənistandan və ayrı-ayrı ölkələrdən Qarabağa köçüblər. Onlar Azərbaycan pasportru daşımayıblar, Azərbaycanın işğal olunmuş ərazisinə sərhədlərimizi pozaraq qanunsuz keçiblər və qanunsuz yerləşiblər. İndi həmin insanlar qanunsuz yerləşdikləri Azərbaycan ərazisindən çıxıb gedirlər və onlara qaçqın statusu verilə bilməz. Digər tərəfdə də belə şəxslərin qanunsuz yerləşdikləri Azərbaycan ərazisindən çıxmalarını “etnik təmizləmə” olaraq qəbul etmək də hüquqi baxımdan mümkün deyil. Həmin ermənilərə əslində Azərbaycan dövləti humanist davranış nümayiş etdirir, onlara qarşı ərazimizə qanunsuz keçdikləri və ərazimizdə qanunsuz yaşadıqları üçün hüquqi tədbirlərə əl atmır. Həmin ermənilər “məcburi köçkün” statusu da daşıya bilməzlər. Çünki məcburi köçkün statusu vətəndaşı olduğu ölkənin bir ərazisindən başqa bir ərazisinə məcburi köçmüş şəxslərə verilir. İşğaldan əvvəl Azərbaycan vətəndaşı olmuş ermənilər və onların övladlarına Azərbaycan dövləti pasport verməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. O da bəyan edilib ki, həmin şəxslərə vətəndaş kimi hər cür qanuni hüquqlar veriləcək. Hətta onlara az qala hər gün çağırış edilir ki, evlərini tərk edib getməsinlər qalıb yaşasınlar. Həmin ermənilər bütün bunlara baxmayaraq özləri köçüb gedirlərsə onların məcburi köçürülməsindən söhbət gedə bilməz. Deməli, həmin ermənilərə də qaçqın statusu verilməsi üçün əsaslar yaranmır. Çünki onlara təzyiq yoxdur və məcburi çıxarılmırlar. Bütün bu sadaldıqlarım amillər Ermənistanın məsələni beynəlxalq məhkəmələrə daşımasının perspektivinin olmadığını söyləməyə əsas verir".
Hüquqşünas onu da qeyd etdi ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib: “Bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcək. İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyan edib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına müraciət edə bilərlər. Hətta müraciətlər üçün telefon nömrələri, votsap nömrələri, elektron poçt ünvanı da elan edilib. Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulunun təşkil ediləcəyi də elan olunub”./Musavat.comскачать dle 12.1