Ermənistan Baş prokurorluğu Samvel Babayanın dediklərini araşdırmağa başladı
Ermənistanın Baş Prokurorluğu Samvel Babayanın yerli “OTA” kanalında söylədiklərini araşdırmağa başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Babayan həmin efirdə Qarabağ separatçılarının keçmiş və indiki rəhbərliyinin əl-ələ verərək qondarma qurumu təslim etdiyini söyləmişdi.
Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti rəsmi məlumat yayaraq onun söylədiklərini incələyəklərini açıqlayıb.