Bia.Az

Ermənilərin "soyqırım" planı: mülki əhalini qırğına verəcəklər

Siyasət
 15-08-2023, 12:09     280

Qarabağda separatçıların hərbi texnika topladığı və atəş mövqeləri hazırladığına dair görüntülər yayıldı. Müdafiə Nazirliyinin məlumatında da bildirilir ki, “qanunsuz silahlı birləşmələrin aktivliyi müşahidə edilir, bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası daşınır, xüsusilə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirilməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları var, planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir”.

Separatçıların döyüşə hazırlaşdığı gözləniləndir. Onlar Azərbaycan ordusuna qarşı hansısa üstünlük qazana bilməyəcəklərini anlayırlar, lakin məsələ hərbi üstünlük qazanmaq yox, mövcudluqlarını qorumaq üçün qarşıdurmaya getmək, reinteqrasiya perspektivinin qarşısını esakalasiya ilə almaq və mülki əhalini qırğına verərək, Azərbaycanı “soyqırımı”nda ittiham etməkdir.

Hazırlığın indi - Ermənistanın “Qarabağdakı “humanitar fəlakət” məsələsini” BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istədiyi vaxt başlaması təxribat hücumlarına nə vaxt başlaya biləcəklərinə dair ehtimalları ön plana çıxarır:

Birinci ehtimal – 16 avqust: BMT TŞ-də Qarabağla bağlı müzakirə bu tarixdə baş tutacaq və həmin gün qarşıdurma yaradaraq, Bakı “ermənilərə qarşı soyqırımı edir” iddiasını da müzakirələrə daxil etməyə çalışa bilərlər;

İkinci ehtimal – 16 avqustdan sonrakı günlər: Ermənistan və separatçılar BMT TŞ-də müzakirələrə son ümid olaraq baxır, lakin nəticə əldə edə biləcəkləri sual altındadır; Ermənistan mediasında da “BMT TŞ-də nəticə əldə edilməsə, hansı addım atlacaq” yönündə müzakirələr gedir və aydındır ki, Ağdam-Xankəndi marşrutunu arxa plana keçirmək və reinteqrasiyanı gündəlikdən çıxarmaq məqsədilə hərbi eskalasiya son seçimləri olacaq;

Müdafiə Nazirliyinin məlumatı da təsdiq edir ki, atəş mövqeləri yaşayış evlərinin yaxınlığında qurulur, mülki əhali silahlandırılır. Bu, məhz Azərbaycan ordusunun mümkün təxribata qarşı cavab tədbirləri zamanı mülki əhalinin zərər görməsinə hesablanmış addımdır və mülki əhalini qırğına verməklə “soyqırımı” iddialarını aktuallaşdırmaq, beynəlxalq müdaxiləyə zəmin yaratmaq istəyirlərскачать dle 12.1