Bia.Az

Ermənilər Yevlaxda görüşdən niyə imtina etdi?

Siyasət
 12-08-2023, 15:24     299

Azərbaycanın Xankəndi şəhərindəki separatşı-terrorçu tör-töküntüsünün başçısı Araik Arutyunyan bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu bəyanat əslində Yevlaxda nəzərdə tutulan görüşdən ermənilərin niyə imtina etməsinə aydınlıq gətirir.
Yada salaq ki, Azərbaycan XİN müəyyən razılaşmaların olduğu haqda məlumat yaymışdı. Bildirilirdi ki, beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq vardı. Bununla yanaşı, Yevlaxda Azərbaycanın nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı və logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozdu.
Araik bugünkü bəyanatında son günlər Azərbaycana “beynəlxalq təzyiqin” əhəmiyyətli dərəcədə artmasından sevincini ifadə edib.
Onun sözlərinə görə, xüsusilə Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasının Baş katibinə Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması xahişi ilə məktub göndərməsi alqışlanandır:
“BMT-nin bir qrup ekspertinin Laçın yolunun açılmasının və bütün insanların təhlükəsizliyinin və rifahının təmin edilməsinin zəruriliyini vurğulayan bəyanatı da alqışlanasıdır. Mənim beynəlxalq ictimaiyyətə son mesajım və Beynəlxalq Cinayət Məhkəməsinin birinci baş prokuroru Luis Moreno Okamponun hesabatı beynəlxalq mediada böyük əks-səda doğurdu. Nəticədə onlarla aparıcı media mövcud vəziyyətə istinad edərək “artsax hakimiyyəti”nin və aparıcı ekspertlərin “davam edən soyqırım”la bağlı qiymətləndirmələrini və müraciətlərini təqdim ediblər”.
Göründüyü kimi, razılaşmaların mövcud olduğu bir vaxtda bəzi güclərin erməni separatizmi və terroruna dəstəyi erməniləri ümidləndirib və onları Azərbaycanın ərazi bütövlüyünə qarşı “mübarizəni” davam etdirməyə ruhlandırıb. Buna görə də Azərbaycana təzyiqləri daha da artırmaqla ölkəmizin suverenliyinə qəsdin reallaşacağı istiqamətində fəaliyyətlər çoxalıb, razılaşmalar isə pozulub.
Bu, bir daha Ermənistan və Qarabağdakı separatçı kəsimin arxasından tamamilə fərqli bir oyunun qurulduğunu deməyə əsas verir. Bu “oyunçular” separatizmdən maksimum istifadə ilə, münaqişə ocağı yaratmağa və ambisiyalarını reallaşdırmağa çalışırlar.скачать dle 12.1