Bia.Az

Konstitusiya Məhkəməsi parlamentə etibarnamə tövsiyəsi verdi

Siyasət
 31-07-2023, 22:48     365

Gəncə Şəhər Məhkəməsinin müraciətini əsas götürən Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsini “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edib.

İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə 40 manat cərimə düşür. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisnadır.

“Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndinə görə, mexaniki nəqliyyat vasitəsinin sürücüsü fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməni özündə saxlamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılmasını tövsiyə edib. Qərara görə, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.скачать dle 12.1