Bia.Az

“Brüssel formatı sülhü yaxınlaşdırmasa da…” – Elxan Şahinoğlu

Siyasət
 15-07-2023, 16:32     340

“Brüssel formatı Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


“Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırmasa da, Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır. Ermənistan Baş naziri Nikol Paşinyan açıqlamalarının birində Brüsselin vasitəçiliyini sətiraltı tənqid etmişdi. Ancaq Paşinyan bu tənqidinə rəğmən, Brüssel formatından imtina etmək istəmir. Çünki o da anlayır ki, Ermənistanla Azərbaycan arasında nə zamansa sülh sazişi imzalansa, Cənubi Qafqazın inkişafını təmin edəcək istiqamətlərdən biri Avropa Birliyi ilə sıx inteqrasiya olacaq”, - ekspert vurğulayıb.скачать dle 12.1