İranda təşviş başladı: Azərbaycan Ordusu bu kəndə yerləşəcək

İranlı ekspertlər rəsmi İrəvanın Qarabağ və anklavları Azərbaycanın bir hissəsi kimi tanıması Ermənistanın intiharı olaraq dəyərləndirirlər.
Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Tehranın Erməni Dat Komitəsinin sədri İsak Yunanesyan deyib.
İ.Yunanesyan anklavlar məsələsinin İranda ciddi tənqidlərə səbəb olduğunu bildirib:
“Fars mediası və ekspertləri bu addımı çox sərt şəkildə tənqid edirlər. Xüsusilə anklavlarla bağlı məsələni vurğulayırlar. Media və ekspertlər bildirirlər ki, anklavların (xüsusilə Kərki kəndinin – red.) Azərbaycana qaytarılması İran və Ermənistan arasındakı yolu təhlükə altında qoyur”.