Bia.Az

Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərləri onlar oldu - siyahı

Siyasət
 30-05-2023, 12:58     298

Parlamentin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Səməd Seyidov qanun layihəsini təqdim edib. Layihəyə əsasən, bir sıra parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri əvəzlənib.


Musavat.com xəbər verir ki, layihəyə əsasən, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov olacaq.скачать dle 12.1