Bia.Az

Yeni prezident gəlsə, Türkiyə Qafqazdan çəkiləcək?

Siyasət
 12-05-2023, 14:05     304

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşdülər, dövlət katibi Entoni Blinkenin iştirakı ilə 4 gün müzakirələr apardılar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftənin sonunda Brüsseldə görüşəcək, 17 gün sonra - iyunun 1-də Moldova paytaxtı Kişinyovda Avropa Siyasi Birliyi toplantısı çərçivəsində müzakirələri davam etdirəcəklər. Bu gedişat ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda möhkəmlənməsinə işarədir.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sürətləndirmir:


“Ancaq bu iki formatda dialoqun davamı Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyinə işarədir. Cənubi Qafqaz Rusiyanın arxa baxçası olmamalıdır. Türkiyədə köhnə və ya yeni prezident də ölkəsinin Cənubi Qafqazda artan rolundan imtina etməyəcək, Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanla ittifaqı gücləndirmək siyasətinə üstünlük verəcək. Bu, Azərbaycanla qardaş bağlılığı ilə yanaşı, Türkiyənin milli və təhlükəsizlik maraqlarından da irəli gəlir”.скачать dle 12.1