Bia.Az

Elnur Allahverdiyev Kılıçdaroğlunu tənqid, özünü rüsvay etdi

Siyasət
 12-05-2023, 13:59     248

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkillərindən bəziləri Türkiyədəki seçkilər və bu ölkənin prezidentliyə namizədlərinin çıxışlarına da toxunublar.

Təbii ki, Azərbaycanın maraqlarına uyğun olaraq, “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlunu, adını çəkərək və yaxud çəkməyərək, tənqid etməyi də lazım biliblər.
Bu sıraya oliqarx deputatlardan olan Elnur Allahverdiyev də qoşulub. Düşünmək olardı ki, “Kontakt”ın sahibinin ticarətdən başı ayılıb və Azərbaycanın da taleyinə təsir edə biləcək qardaş ölkədəki seçkilərlə bağlı mövqeyini bildirib. Xüsusilə, Kamal Kılıçdaroğlunun yeni İpək Yolu ilə bağlı mövqeyi, Azərbaycanı kənarda qoyan marşrutu dəstəkləməsini Elnur Allahverdiyevin də tənqid etməsi normal görünə bilərdi, amma...
Deputat deyir: “Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil”.
Bunun ardınca isə İpək Yolu məsələsinə performans edən Elnur Allahverdiyev Kılıçdaroğlunu “darmadağın edir”: “Bundan başqa, müxalifət liderinin daha öncə (yəni yük şamını söhbətindən qabaq – red.) təklif etdiyi İpək Yolu layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan və Qazaxıstan kənarda qalırlar?”
Elnur Allahverdiyev əslində bu çıxışı ilə özünü rüsvay edir, hələ utanmadan, Kılıçdaroğlunu “yetərincə məlumatlı olmamaqda da” ittiham edir.
Məsələ budur ki, Kamal Kılıçdaroğlunun Türkiyə yük maşınlarından Azərbaycanın əlavə vergi alması barədə açıqlaması... 2021-ci ilə aiddir. Yəni tam-tamına 2 il bundan öncəyə.
Görünür, oliqarx deputat parlamentdə çıxışa hazırlaşarkən sosial şəbəkələri izləməyə qərar verib və qarşısına Kılıçdaroğlunun bu nitqi çıxıb: “haçan deyib, harda deyib, hansı səbəbdən bunu deyib” haqda anlayışı olmadığından, bu sözləri gətirib keçirib İpək Yolu ilə bağlı çıxışdan sonraya.
Halbuki İpək Yolu ilə bağlı Kılıçdaroğlunun Azərbaycanı təcrid edən çıxışı 9 may 2023-cü ilə aiddir.
Yəni Elnur Allahverdiyev tarixi tərsinə çevirib, aləmi qatıb və ümumiyyətlə, mövzudan xəbərsiz olduğunu nümayiş etdirib. Alverdən başını qaldırıb, seçicisinə və siyasətimizə xırdaca hörmət qoysaydı, 2021-ci ildə Türkiyə yük maşınları sürücüləri doğrudan da elə problemdən şikayətləndiklərini və o zaman bu anlaşılmazlığın dərhal həll edildiyini anlardı.
İndi ayılıb bunu Milli Məclisin tribunasından bəyan etməyin adını... siz deyin!
Allah qoymasa, bu adamı Azərbaycan Milli Məclisi Türkiyədə təbliğata da göndərmişdi bir neçə gün qabaq. Guya Elnur Allahverdiyev İzmirdə seçicilərlə görüş keçirib, onlara bəzi mətləbləri başa salacaqdı.
Bu siyasi fəhmlə Elnur Allahverdiyevi hara göndərirdiniz? Adam ancaq Azərbaycan adına gülüş qazana bilər...
Kefsiz İsgəndərскачать dle 12.1