Bia.Az

Moldova prezidenti Azərbaycan səfiri ilə COVID-19 ilə mübarizəni müzakirə edib

Siyasət
 16-04-2020, 17:47     291

Moldova prezidenti Azərbaycan səfiri ilə COVID-19 ilə mübarizəni müzakirə edib
Moldova prezidenti İqor Dodon Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun təşəbbüsü ilə onunla işgüzar görüş keçirib.

“bia.az” Moldova KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə edib və bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfir Moldova rəhbərliyinin atdığı addımları yaxından izlədiyini qeyd edib və hökumətin COVID-19 ilə mübarizədə gördüyü tədbirləri yüksək qiymətləndirib. Q.Osmanov bu çətin dövrdə Azərbaycan diasporunun Moldova xalqı ilə çiyin-çiyinə olduğunu və Moldova prezidentinin başlatdığı sosial layihələrin həyata keçirilməsində ölkə hökumətinə dəstək verməyə hazır olduqlarını bildirib.

İ.Dodon səmimiyyət və həmrəyliyə görə Azərbaycan tərəfinə təşəkkür edib. Dövlət başçısı bütün bəşəriyyətin üzləşdiyi bu böhranı yalnız birgə səylərlə aradan qaldırmağın mümkün olduğunu vurğulayıb.скачать dle 12.1