Bia.Az

Azərbaycan Zəngəzur dəhlizini açmaq üçün HƏRƏKƏTƏ KEÇDİ

Siyasət
 20-02-2023, 13:25     241

Prezident İlham Əliyev Almaniyanın Münhen şəhərində yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin həm ABŞ, həm də Avropada məntiqli qəbul edildiyini bildirib. Dövlət başçısı dəhlizin hər iki tərəfində nəzarət-buraxılış məntəqələrinin olmasının Ermənistan və Azərbaycan arasındakı əlaqələrin normallaşmasında önəmli amil olduğunu vurğulayıb.
 
"Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır", - deyə Prezident müsahibəsində qeyd edib.
 
İndi bütün diqqətlər Ermənistana yönəlib. İrəvan hakimiyyətinin Zəngəzir dəhlizi ilə bağlı hansı qərarı verəcəyi maraq doğurur. 
 
Mövzunu Modern.az-a şərh edən politoloq Tofiq Abbasov Zəngəzur dəhlizinin açılacağına əminliyini ifadə edib.
 
"Öncə onu demək lazımdır ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Dövlət başçısı bu yolun əhəmiyyətini və sülh sazişinə verəcəyi töhfəni beynəlxalq aləmdə dilə gətirdi", - deyə o qeyd edib.скачать dle 12.1