Bia.Az

Türkiyədə seçkilər təxirə salına bilər? – Akşenerdən açıqlama

Siyasət
 10-02-2023, 12:15     292

Türkiyədəki İYİ Partiya rəhbəri Merel Akşener prezident seçkilərinin ertələnmə ehtimalı barədə danışıb.

Turantv.az  xəbər verir ki, bu barədə Yetkinreport.com saytı məlumat yayıb.

M.Akşener jurnalistin seçkilərin ertələnmə ehtimalı ilə bağlı sualına belə cavab verib:

“Mayın 14-nə çatacağını düşünmürəm. Amma düşünürəm ki, bu, iyunun 18-nə kimi qalacaq”.

Jurnalist partiya rəhbərinə Türkiyə Anayasasının 78-ci maddəsini xatırladıb. Sözügedən maddədə qeyd olunub ki, savaş səbəbindən yeni seçkilərin keçirilməsi mümkün olmadıqda TBMM seçkilərin bir il təxirə salınmasına qərar verə bilər. Akşener TBMM-dən belə bir qərar çıxacağını düşünmədiyini bildirib:

“Biz siyasətçilər seçkinin keçirilməsi üçün üzərimizə düşəni etməliyik”.скачать dle 12.1