Bia.Az

Paşinyan niyə İranı yox, Türkiyəni seçdi? - Tevonyan

Siyasət
 9-02-2023, 16:34     268

Necə oldu ki, İranın Zəngəzur bölgəsinin qarantına çevrilməsi fonunda düşmən Türkiyədəki zəlzələyə Paşinyan bu qədər tez reaksiya verdi, İrandakı zəlzələyə isə münasibəti sıfra bərabər oldu?

Axar.az xəbər verir ki, bunu erməni deputatı Andranik Tevanyan Ermənistanın Türkiyəyə yardım göstərməsinə toxunaraq deyib.
“Bir nömrəli sual ondan ibarətdir ki, niyə oxşar vəziyyətdə Nikol Paşinyan belə hazırlıq və çeviklik nümayiş etdirmir? Bu yaxınlarda dost İranda da zəlzələ baş verib. Paşinyanın təmsil olunduğu rəsmi İrəvan buna reaksiya vermədi və yardım göstərməyə hazır olduğunu bildirmədi. Bu müddət ərzində müttəfiq Rusiyada faciəli hadisələr baş verib, lakin Ermənistandan heç bir reaksiya olmayıb. Əgər Suriyadakı zəlzələ başqa vaxtda baş versəydi, o zaman bizim dost Suriyaya da İrandakı kimi rəftar olunacaqdı”, - o bildirib.

Zəruri olaraq qeyd edək ki, İrandakı zəlzələ Xoydadır və burada azərbaycanlılar yaşayır. Xoy zəlzələsinə İran hakimiyyəti özü belə yardım etmir, qonşu ölkələrin yardımından isə imtina edir.скачать dle 12.1