Bia.Az

TƏCİLİ! Rusiya Vardanyanı Xankəndidən qaçırdı, Araiki isə… – NƏLƏR BAŞ VERİR?

Siyasət
 7-02-2023, 14:25     238

Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan Xankəndini tərk edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Vardanyan Xankəndini Rusiya sülhməramlılarının vasitəsilə tərk edərək Ermənistana gedib. Buradan isə Moskvaya uçub. Onun səfərinin Arutyunyanın Moskvadan geri dönməsindən sonra baş tutduğu bildirilib.

Qəzet onun Moskvaya Qarabağdakı vəziyyəti müzakirə etmək üçün getdiyini iddia edib.

Qeyd edək ki, bundan öncə Araik Arutyunyan Moskvadan Xankəndiyə qayıdıb. Bununla belə, onun Xankəndiyə necə gətirildiyi haqda məlumat verilməyib.

Arutyunyan Moskvaya Rusiya hakimiyyət dairələri ilə Qarabağda yaranmış qeyri-stabilliyi müzakirə etmək, eləcə də Ruben Vardanyanla yaranan konfliktdə mövqelərini öyrənmək üçün səfər etmişdi. Separatçı “lider”in səfərindən öncə həm Arutyunyan, həm də Vardanyan ermənilərlə görüş keçirərək, Laçın yolu ilə bağlı mövqelərini ortaya qoymuşdular. Vardanyan Bakıya müqavimət təklifini irəli sürülsə də, bu ermənilərin bir qismi arasında narazılığa səbəb olmuşdu. Əvəzində isə Arutyunyan Bakı ilə danışıqların aparılmasını və Xankəndinin bundan başqa çıxış yolunun qalmadığını bildirmişdi.скачать dle 12.1