Bia.Az

Azərbaycanın İrandakı səfiri KİMİN ƏMİSİ OĞLUDUR? – BU NƏDİ BELƏ?

Siyasət
 7-02-2023, 14:04     231

“Mən deyəndə ki Azərbaycanın İrandakı diplomatik nümayəndələri “xan”ın kadrlarıdır və şübhəli fəaliyyətlə məşğuldurlar, az qala məni topa-gülləyə tuturdular. Buyurun, bu da dəlili”. 

DİA.AZ bildirir ki, Bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

H. Oğuz daha sonra yazır: “Prezident İlham Əliyev deyir ki, İran səfirliyimizə edilən hücum terror aktıdır və onun sorumlusu Tehrandır. Bu iddianı XİN rəhbəri Ceyhun Bayramov da təsdiqləyir. Hətta strateji tərəfdarlarımız da eyni düşünür. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə isə bu hücumun İran-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün həyata keçirildiyini bəyan edir. Dolayısıyla, hansısa xəyali 3-cü tərəfi günahlandıraraq İranı suya çəkir.

Özü də harda? İranın soyadı da əməli də erməni qoxan Xarici İşlər naziri Abdullahyanın yanında.


Əlizadə cənabları deyəsən haranın səfiri olduğunu unudub.


İndi bildiniz, terror hücumundan sonra Azərbaycan öz səfirini niyə İrandan çəkib və çəkməli idi?”


скачать dle 12.1