Bia.Az

İranda 7 şəhər vuruldu: təyyarələr havaya qaldırıldı – ŞOK GÖRÜNTÜLƏR

Siyasət
 29-01-2023, 13:37     180

İran şəhərlərinə gecə yaşanan hücumlardan sonra vəziyyət gərgin olaraq qalır.

Globalinfo.az xəbər verir ki, hələlik dövlət qurumları hücumdan neçə nəfərin zərər çəkdiyinə dair məlumat yaymaqdan imtina edirlər. Bununla belə dövlətin nəzarətindəki media qurumları qismən də olsa ölkəyə hücumun gerçəkləşdiyini təsdiqləyirlər.
Hadisələrlə bağlı şübhə yaradan məqam son olayın Güney Azərbaycanın Xoy şəhərindəki güclü zəlzələ ilə təxminən eyni anda yaşanmasıdır. Vəziyyəti çətinləşdirən başqa nüans isə zəlzələdən az öncə şəhərdə iki güclü partlayışın qeydə alınmasıdır. Məhz bu zəlzələdən bir neçə dəqiqə sonra isə digər bölgələrə böyük hücumlara start verilib.
İlkin məlumatlara əsasən, hücum 7 şəhərdəki müxtəlif obyektlərə gerçəkləşdirilib. Bu şəhərlər sırasında Kərəc, Həmədan, Tehran, İsfahan, Azərşəhr, Rəşt və hətta Təbrizin də adı yer alıb. İsfahanda SEPAH-ın PUA zavodu, Azərşəhrdə neft-ayırma zavodu, Kərəc və Həmədanda isə SEPAH-ın bazaları hədəfə çevrilib.
Qeyri-rəsmi mənbələr Tehranda təkcə SEPAH bazasının, həm də hökumət binasının da PUA hücumuna məruz qaldığını bildiriblər.
Digər tərəfdən isə gecə saatlarında hücumla əlaqədar olaraq ölkə ərazisindəki hərbi təyyarələrin xüsusilə aerodromların qorunması üçün havaya qaldırıldığı bildirilib. Bununla belə, indiyə qədər gələn məlumatlarda yalnız 3 istiqamətdə – Tehran, Rəşt və Şirazda təyyarələrin görüldüyü qeyd edilib.скачать dle 12.1