Bia.Az

“WarGonzo”nun Azərbaycanla bağlı ŞOK iddiasına SEPAH-dan reaksiya

Siyasət
 29-01-2023, 13:30     180

Qatı ermənipərəst mövqeyi ilə tanınan “WarGonzo” teleqram kanalı bu gün gecə saatlarında İran şəhərlərinə təşkil edilən hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini iddia edib.

Globalinfo.az xəbər verir ki, sözügedən iddia ilə bağlı açıqlama yayan İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bu məlumatı dezinformasiya adlandırıb.

Qeyd edək ki, ötən gün gecə saatlarında İranın bir neçə şəhərində dron hücumları həyata keçirilib. Hücumlar nəticəsində İsfahanda silah zavodunda güclü partlayış baş verib. Hücumun İsrail tərəfindən təşkil edildiyi ehtimal olunur.скачать dle 12.1