Bia.Az

ABŞ-dan yol zəngi, prezidentin cavabı

Siyasət
 24-01-2023, 10:55     180

ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 23-də prezident İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət katibi Laçın yolundakı vəziyyətdən narahatlığını çatdırıb. İlham Əliyev yolda hər hansı blokadanın olmadığını qeyd edib, 12 dekabr 2022-ci ildən etibarən 980-ə yaxın nəqliyyat vasitəsinin keçidinə imkan yaradıldığını, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən çoxunun Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Prezident Qarabağdan 90-a yaxın xəstənin və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla 2022-ci il dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə müzakirə olunub.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.
Dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Azərbaycan nümayəndələrinin dekabrın 16-sı Xocalıda Rusiya hərbi qüvvələrinin komandanlığı ilə daha bir görüş keçirib, ancaq Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə yenə şərait yaradılmayıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.скачать dle 12.1