Bia.Az

Volski açıqladı: Bakı-İrəvan üçün ən yaxşı məkan...

Siyasət
 24-01-2023, 01:33     22

Gürcüstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platformadır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Giya Volski jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, onun ölkəsi həm İrəvan, həm də Bakı ilə xüsusi münasibətlərə sahibdir.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında Gürcüstanın rolu, əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir, xüsusən də bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”, - o bildirib.

Onun sözlərinə görə, regionu hərbi eskalasiyadan xilas etmək Tiflisin maraqlarına uyğundur və tərəflər məhz bunun ətrafında birləşməlidir.
Öz növbəsində hakim Gürcü Arzusu Partiyasından olan deputat Mixail Sarjveladze qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır və üzərinə konkret öhdəliklər götürməyə hazırdır:

"Hər kəs moderasiyanın mürəkkəbliyini başa düşür, bu məsələ sadə deyil. Bununla belə, tərəflərin və moderatorun bizim regionda sabitliyin və sülhün olmasını təmin etmək istəyi yaxşı ilkin şərtdir".скачать dle 12.1