Bia.Az

Jurnalistlər Talıbovla görüşmək istədilər.. - Əzəmətli iqamətgahda aqressiv qarşılanma

Siyasət
 7-01-2023, 15:30     166

Naxçıvanda baş verənlərlə bağlı material hazırlamaq üçün muxtar respublikaya yollanmış jurnalistlər - Aygün Muradxanlı, Heydər Oğuz və Tural Səfərov bu gün Naxçıvan Ali Məclsinin sabiq sədri Vasif Talıbovla görüşmək, ondan müsahibə və ya açıqlama almaq üçün sabiq sədrin yaşadığı evin önünə gediblər. 

Musavat.com xəbər verir ki, Aygün Muradxanlının bu "ziyarət" haqqında sosial şəbəkədə aşağıdakı qeydləri yazıb: "Vasif Talıbovla müsahibə üçün evinə gəldik. Sonrası... çox aqressiv".

Jurnalist daha sonra bu barədə sual verən həmkarlarına qısa cavablar yazaraq bildirib ki, Talıbovun mühafizəçiləri görüşə imkan verməmək üçün cənfəşanlıq göstəriblər.

A.Muradxanlının paylaşdığı şəkildə jurnalistlərin yaxınlaşdığı bina öz əzəməti ilə seçilir. Sosial şəbəkə üzvləri həmin binanın paytaxtın "Gənclik" nahiyəsində yerləşən prezident iqamətgahının eynisi olduğunu qeyd ediblər.скачать dle 12.1