Bia.Az

Putin dindardırmı, niyə xaçı həmişə üzərində gəzdirir?

Siyasət
 7-01-2023, 15:24     168

Rusiya prezidenti Vladimir Putinin Milad bayramı münasibətilə Ukrayna müharibəsində 36 saatlıq atəşkəs elan etmək qərarı onun dinə bağlılığı mövzusunu yenidən gündəmə gətirib. Xatırladaq ki, prezident Milad bayramı gecəsi Moskva Kremlinin ərazində yerləşən Bloqoveşensk Kilsəsində keçirilən ayin mərasiminə qatılıb.
Putinin hakimiyyəti dövründə onun dini baxışları ilə bağlı müxtəlif iddialar səslənib. Kremlin dəstəkçi mediası və pravoslav dairələr Rusiya prezidentinin dinə bağlı olduğu haqda çox yazıb. Tənqidçi media isə Putin ruhaniliyini “mif” hesab edib.
WhatsApp Image 2023-01-07 at 14.50.16.jpeg (307 KB)
Putinin kilsə xadimləri qarşısında çıxışlarını təhlil edənlər o qənaətdədirlər ki, Rusiya prezidentində də çarlıq dövründəki sələfləri kimi kilsədən siyasi məqsədlərlə istifadə etmək niyyətləri daha qabarıq görünür. Putin ilk dəfə 2018-ci il prezident seçkiləri öncəsi kilsənin cəmiyyətdəki rolu ilə bağlı öz fikrini açıq şəkildə ifadə edib. Prezidentin fikrincə, kilsə kifayət qədər utilitar funksiyalara malikdir və dövlətdə "sabitlik və birliyi" qorumağa kömək etməlidir. O hesab edir ki, xüsusilə Almaniyanın SSRİ-yə hücumu zamanı kilsə əsgərləri ruhlandırmaq üçün ciddi işlər görüb. “O zaman bütün kilsələrdə dualar edilirdi. Rus Pravoslav Kilsəsi, digər dini qurumların nümayəndələri cəbhənin ehtiyacları üçün vəsait toplayıblar”, - prezident din xadimləri qarşısındakı çıxışlarının birində deyib.
Prezident inanır ki, əxlaqsızlıq təbliğ edən, həmcinslərin evlənməsini leqallaşdıran, ailə institutunu dağıdan Qərbə qarşı həm də kilsə dayanmalıdır.
WhatsApp Image 2023-01-07 at 14.50.17 (1).jpeg (271 KB)
Rusiya mediası iddia edir ki, Patriarx Kirill dövlətin kilsəyə təsirinə qarşıdır. O, sovet hakimiyyəti illərində bu cür müdaxilələrin xalqla kilsə arasında uçurum yaratdığı qənaətindədir. Təbii ki, prezidentlə patriarx hazırda da yaxşı anlaşırlar, Ukraynadakı atəşkəsin də məhz Kirillin müraciətindən sonra elan olunması da bunun göstəricisidir.
O da iddia olunur ki, Ukrayna müharibəsindən əvvəl -Donbasdakı münaqişə təzə başlayanda prezidentlə patriarx arasında münasibətlər gərginləşib. Vladimir Putin Ukrayna hakimiyyətini tənqid edə biləcək kilsənin dəstəyi əhəmiyyətli təbliğat vasitəsi hesab edirdi. Lakin patriarx Ukrayna hakimiyyəti ilə münasibətləri korlamamaq xətti tutmaq istəyirdi. Çünki Ukrayna ərazisində Moskva Patriarxlığının Pravoslav Kilsəsi fəaliyyət göstərirdi ki, müharibə başlayandan sonra Zelenski hakimiyyəti orada “agent” kimi bir neçə nəfəri din xadimini həbs etdirib, kilsəyə nəzarəti isə “roskolniklərə”(Rusiyada kilsəni parçalayanlar belə adlanır)verib.
WhatsApp Image 2023-01-07 at 14.50.15.jpeg (196 KB)
CNN telekanalının məşhur siyasi şoumen Larri Kinq bir neçə il əvvəl Putinlə müsahibəsində "sizin dini baxışlarınız haqqında çox danışılır. Mənə dedilər ki, xaç taxırsınız. Dindarsınız? Dinlə bağlı fikirləriniz necədir?” soruşmuşdu.
Putinin cavabı isə belə olmuşdu: “Bilirsiniz, mən bu mövzuda çox danışmamağa üstünlük verirəm. İnanıram ki, insanın özündə saxlamalı olduğu şeylər var. İnancı nümayiş etdirmək olmaz. Xaça gəlincə, mən onu əvvəllər heç vaxt taxmamışam. Amma ailəmlə İsrailə turist kimi gedəndə anam Müqəddəs Qəbirdən xeyir-dua almaq üçün mənə xaç verdi. Sankt-Peterburq yaxınlığında bir bağ evim var. Bir gün onun saunasında yanğın baş verdi. Saunaya girməzdən əvvəl xaçı çıxarmışdım. Yanğın başlayanda isə mən və yoldaşlarım, demək olar ki, özümüzü çılpaq çölə atdıq, çünki hər şey gözlənilmədən baş verdi. Deməliyəm ki, xaç mənim üçün çox əziz idi, çünki anamdan yadigar idi. Fikirləşirdim ki, sadə aliminiumdan hazırlanmış xaçın yanğında izi belə qalmaz. Amma bir işçi gəlib ovucunu açanda təəccübləndim. Ev tamamilə yanıb, amma xaça heç nə olmayıb. Bu heyrətamiz idi. İndi o xaçdan heç ayrılmıram”./Musavat.comскачать dle 12.1