Bia.Az

Putin-Əliyev-Paşinyan görüşü niyə gizli keçirilib?

Siyasət / Dünya
 28-12-2022, 10:49     196

Dünən Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilib: bu haqda Putin bu gün Paşinyanla görüşündə açıqladı, lakin tərəflərin heç birinin rəsmi məlumat verməməsi görüşün qeyri-formal xarakter daşıdığını deməyə əsas verir;

Putinin açıqlaması isə “Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyini davam etdirdiyini” göstərməyə hesablanıb.

Görüşdə Putinin dediyi kimi, Cənubi Qafqazdakı vəziyyət, Bakı-İrəvan münasibətləri müzakirə edilir. Lakin əsas mövzunun Laçın yolu ilə bağlı olduğu ehtimalı böyükdür.

Və bəllidir ki, Əliyev öz mövqeyindən geri çəkilməyib:

Birincisi, Laçın yolunda aksiya davam edir və sülhməramlıların “mülki ermənilər”dən istədiyi iki gün vaxt başa çatdı: mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş;

İkincisi, Paşinyanın Putinlə görüşdə dediyi “belə çıxır ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət etmir” sözləri üçtərəfli görüşdə İrəvanın istədiyini almadığını göstərir;скачать dle 12.1