Bia.Az

"QƏLƏBƏ! QƏLƏBƏ! QƏLƏBƏ! ERMƏNİSTAN TƏSLİM OLDU!" - Türkiyədən rəsmi reaksiyalar

Siyasət / Dünya
 10-11-2020, 12:07     335

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb.

Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!

"Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı".

Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

"Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik", - Mövlud Çavuşoğlu yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.скачать dle 12.1