Bia.Az

İki şəkil, iki mesaj: “Bizim öz çətirimiz var;” “O, mənim çətirimin altındadır”

Siyasət
 31-10-2022, 21:22     179

Siyasətdə “bədən dili” deyilən şey yeni məsələ deyil. Köhnə vaxtlarda da bir-birilə açılışmaq istəməyən, necə deyərlər, üzlərinin abrının töküləcəyindən ehtiyat edən siyasi xadimlər həmişə qarşılarındakı şəxsə, ətraf aləmə öz qəti fikirlərini yüngül eyhamlarla çatdırıblar.

Məsələn, o vaxt ABŞ prezidenti Harri Trumen SSRİ rəhbəri İosif Stalinə Amerikanın əlində olduqca güclü bir silah olduğuna dair eyham edib. Stalin eyhamı göydə tutsa da, özünü o yerə qoymayıb, görüşdən sonra isə Lavrenti Beriyaya tapşırıq verib ki. atom bombası yaratmaq layihəsi üzərində işlər sürətləndirilməlidir.
Axtarsan, yüzlərlə belə fakt tapmaq olar.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev də dövlətimizin ünvanına səslənən eyhamlara və ya bu kimi atmacalara ləngimədən cavab verməyi bacaran şəxsdir. Onun sonradan xalqımızın dilinə düşən “Qarabağ Azərbaycandır. Nida” şüarı əslində erməni baş nazir Paşinyanın “Qarabağ Ermənistandır, Nöqtə” iddiasının tutarlı cavabıydı. Göründüyü kimi, yazı qrammatikasında olduğu kimi, bu söz duelinin axırında da “nöqtə” “nida”nın (!) ayağının altıına düşdü.
İranın “hansısa əyalət mollası”nın yekə-yekə danışaraq “Azərbaycan şirin quyruğu ilə oynamasın” deməsindən bir-iki həftə sonra İlham Əliyevin Bakı zooparkının açılışında qəfəs ardındakı ram olmuş şirlərə xüsusi diqqət ayırmasını iranlı mollara eyham kimi yozanlar da çox idi.
Bu gün isə Soçidə çəkilmiş bir neçə şəkil bu sayaq yozumlara yol açıb.
0475a0ce-4fb0-47f8-90d2-9988af82e902.jpg (54 KB)
Gerçəkdən də ibrətamiz, yozulmağa açıq şəkillərdir. Fotolardan birində Rusiya prezidenti Vladimir Putin başına öz çətirini tutub, İlham Əliyev isə göy rəngli çətiri ilə özünü yağışdan qoruyur. Digər şəkildə boyca balaca, ölkəsinin qüdrəti Ermənistandan 100 dəfə böyük olan Putin Paşinyanı öz çətirinin altına alıb.
Birinci şəkil belə yozulur ki, Azərbaycan tərəfi Rusiyaya belə bir meaj verir: “Heçimiz ayrı, köçümüz ayrı, hər kəs özünü çətiri ilə qorusun və bizim öz çətirimiz var”.
3a1cd6dc-564a-408e-b1a8-c2a8e1250f4b.jpg (25 KB)
İkinci şəkil isə heç də ermənilərin qürur duya-duya “baxın, o boyda Putin bizim baş nazirə çətir tutur” deməsinə əsas vermir, daha çox o qənaəti hasil edir ki, Rusiya Ermənistanı öz çətirinin altına alıb.
Əslində Putinin bu hərəkəti Qərbə də yaxşı mesajdır. Rusiya prezidenti Ermənistanın kimin himayəsində olduğunu göstərir.
Başqa sözlə, burada çətir yağmurdan qorunma vasitəsi olmaqdan çıxaraq, siyasi məna daşıyan əşyaya çevrilib.
Yaxşı bəs bu şəkillər çəkilən gün Soçidə yağış yağmasaydı, çətirə ehtiyac olmasaydı, onda necə olacaqdı? Siyasətçilər öz fikir və niyyətləri haqqında ətrafa neçə mesaj verəcəkdilər?
Əmin olun ki, yenə nəsə bir şey olacaqdı və yenə də bu şəxslər çətir vasitəsilə açıqlamaq istədikləri mesajlarını başqa şeylə, məsələn, qələmlə, qədəhlə, stulla ifadə edəcəkdilər.
Musavat.comскачать dle 12.1