Bia.Az

“Türkiyə buna imkan verməyəcək” - Gevorqyan

Siyasət
 31-10-2022, 17:34     180

“Türkiyə NATO-ya Ermənistandakı Rusiya qoşunlarını əvəzləməyə imkan verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karina Gevorqyan deyib.

Ekspert jurnalistin Rusiya qoşunlarının çıxarılmasından bir neçə dəqiqə sonra NATO qüvvələrinin Ermənistana daxil ola biləcəyi ilə bağlı sualına belə cavab verib:

“NATO-da türk qoşunları da var. Təbii ki, Amerika da NATO üzvüdür. Amerikanın Türkiyə ərazisində ciddi hərbi bazası var. Amma bu baza tamam ayrı məqsədlər üçün istifadə edilir. Eyni zamanda, ABŞ üçün hərbi logistika məsələsini həll etmək çox çətin olacaq. Çünki hərbi logistikanı təmin etmək üçün Vaşinqton Ankara ilə razılaşmalı olacaq, Ankara isə “yox” deyəcək. Yəni bunun özü də ciddi sualdır. Təbii ki, Gürcüstan da var. Vaşinqton bunu Gürcüstan vasitəsilə həyata keçirməyə çalışa bilər, amma burada da hər şey çox mürəkkəb və risklidir. Ona görə də bu sual mənasızdır”.

Gevorqyan digər NATO üzvü Fransanın da bu məsələdə Ermənistana yardım edə bilməyəcəyini söyləyib. O, bunu Fransanın NATO-da o qədər də müstəqil ola bilməməsi ilə əlaqələndirib.скачать dle 12.1