Bia.Az

Putindən Nikola: Bunun üçün iradəniz var!

Siyasət
 31-10-2022, 17:22     200

Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ problemini həll etmək üçün siyasi iradəsi var.

Axar.az xəbər verir ki, bunu Rusiya lideri Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“Münaqişə onilliklərdir ki, davam edir. Və biz buna birtəhər son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik. Biz irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq”, - Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq.

Onun fikrincə, indi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub.

Rusiya lideri görüşün yekunlarına əsasən irəliləyişin mümkün olacağına ümid etdiyini bildirib.скачать dle 12.1