Bia.Az

Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə yardım etdi

Region
 Bu gün, 01:40     25

Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana taxıl daşınması davam edir.

Globalinfo.az xəbər verir ki, Bakıdakı Biləcəri stansiyasından Ermənistana ümumi çəkisi təxminən 490 ton olan buğda yüklənmiş 7 vaqon yola salınıb.

Qeyd edək ki, Azərbaycan 2025-ci ilin oktyabr ayının sonunda Ermənistan üçün öz ərazisindən yük tranzitinə qoyulan məhdudiyyəti aradan qaldırıb. Bundan sonra Rusiya ilə Ermənistan arasında bir sıra məhsulların daşınması Azərbaycan üzərindən həyata keçirilir.

Məlumata görə, indiyədək Rusiya istiqamətindən Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 35 min ton taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq yarması çatdırılıb.

Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Hazıradək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton AI-92 markalı benzin və 2955 ton AI-95 markalı benzin ixrac edilib.скачать dle 12.1