Bia.Az

Ailəsinə görə müvəqqəti səhnədən getdi

Dünya
 Bu gün, 01:27     29

Məşhur britaniyalı musiqiçi Ed Şiran səhnədən müvəqqəti getdiyini elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Qlendeyldə (Arizona, ABŞ) keçirilən konserti zamanı pərəstişkarlarına müraciət edən ifaçı yaradıcılığına ailəsinə görə fasilə verdiyini bildirib.

Dəyişən prioritetlərindən danışan müğənni qərarını belə izah edib:

“Bu, mənim səhnəyə sonuncu çıxışımdır. Ehtimal ki, bu turdan sonra karyerama fasilə verəcəyəm və atalıq missiyası kimi işlərlə məşğul olacağam”.

Qeyd edək ki, Ed Şiranın məktəb illərindən sevdiyi xanım Çerri Siborn ilə evliliyindən bir oğlu və bir qızı var. Nəşrin iddiasına görə, musiqiçi 2026-cı ilin yanvarında Yeni Zelandiyada başlayan dünya turunun ilk günündən bəri ailəsini görə bilməyib.

Məlumat üçün bildirək ki, “Spotify” musiqi platformasının rəqəmlərinə görə, Ed Şiranın təxminən 86 milyona yaxın dinləyici auditoriyası var. Sənətçinin ən məşhur hiti olan “Shape of you” mahnısı isə dinləyicilər tərəfindən 5 milyarda yaxın dinlənilib.

Xatırladaq ki, musiqiçi bundan əvvəl xəstəliklə mübarizə apardıqdan sonra saçlarını tamamilə qırxması ilə də gündəmə gəlmişdi.
скачать dle 12.1