Pezeşkian ABŞ-la sülh üçün yeganə şərti AÇIQLADI
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın dəniz blokadası fonunda bildirib ki, öhdəliklərin pozulması, blokada və təhdidlər Vaşinqtonla danışıqların əsas maneələrinə çevrilib və bu halda sülh ola bilməz.
Globalinfo.az xəbər verir ki, siyasətçi bunu “X” sosial media platformasında yazıb.
“İran İslam Respublikası dialoqu alqışlayır. Öhdəliklərin pozulması, blokadalar və təhdidlər əsl danışıqların qarşısındakı əsas maneələrdir. Dünya sizin sonsuz ikiüzlü ritorikanızı görür”, – deyə Pezeşkian təəssüflə bildirib.
Daha əvvəl “Axios” iki Amerika rəsmisinə istinadən ABŞ və İranın razılaşma əldə etməyə yaxın olduğunu bildirib. İki rəsmi hələlik 100 faiz zəmanət vermir, lakin Ağ Evdə müəyyən müsbət perspektivlər qalmaqdadır.









