Bia.Az

İranda görünməmiş hadisə: Bu fotolar Tehranı qarışdırdı

Region
 23-04-2026, 01:34     1 089

İranda hökumətə dəstək verən qadınların hərbi hazırlıq prosesinə cəlb olunduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd olunub ki, müxtəlif bölgələrdən olan iştirakçılar xüsusi təlimlərə qatılaraq ilkin hərbi bacarıqlar əldə edirlər.

Ümumilikdə iki minə yaxın qadın “İrana can fəda” adlı kampaniya çərçivəsində bu prosesə qoşulub. Təlimlərdə iştirak edənlərə əsas müdafiə və təhlükəsizlik vərdişləri öyrədilir.

Məlumatlarda bildirilir ki, bu təşəbbüs ölkədə səfərbərlik ruhunun gücləndirilməsi və mümkün təhlükələrə qarşı hazırlığın artırılması məqsədi daşıyır.

Sözügedən addım ölkədə birmənalı qarşılanmayıb.
WhatsApp Image 2026 04 23 at 01.03.30WhatsApp Image 2026 04 23 at 00.59.49скачать dle 12.1