Xamenei yoldadır, gəlir! – Səidi bəyan etdi
İranın ali rəhbərini seçmək missiyası daşıyan Ekspertlər Məclisinin (Xobreqan) üzvü və Qum şəhərinin cümə imamı Ayətullah Səidi bu gün cümə namazı xütbələrində maraqlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, başqa bir Xameneinin yolda olduğunu bildirib.
“Ey insanlar, narahat olmayın, başqa bir Xamenei yoldadır, gəlir. Təkbirlərinizdə “Xamenei rəhbərdir” şüarını unutmayın, necə ki, o, sağ ikən bizim liderimiz idi, Xamenei hələ də bizim liderimizdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, ekspertlərdən seçilmiş biri, şübhəsiz ki, İslam sisteminin və cəmiyyətinin qoruqçusudur.









