Pezeşkian çağırış etdi
İran Prezidenti Məsud Pezeşkian region ölkələrinin liderlərinə müraciət edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb. Pezeşkian region ölkələrini İranla birlik olmağa çağırıb.
İran Prezidenti bildirib ki, Tehran dost və qonşu dövlətlərin dəstəyi ilə diplomatik yollarla müharibədən yayınmağa çalışıb, lakin hərbi təcavüz nəticəsində ölkə özünü müdafiə etmək məcburiyyətində qalıb.
O əlavə edib ki, İran qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşır və regional sülhün məhz region ölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edir.









