“Bayraktar”lar Ermənistan sərhədində: İrəvanın cavabı şok etdi – FOTO
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Bayraktar TB2” PUA-sı Ermənistanla sərhəddə uçuş həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Armenian Miltary Portal” çıxış edib.
İddialara görə, artıq bir müddətdir sərhəddə Türkiyəyə məxsus PUA-ların kəşfiyyat uçuşları həyata keçirdikləri bildirilir.
Hündürlük və uçuş marşrutu məlumatlarına əsasən, bu təyyarələr koordinasiyada hərəkət edir, Ermənistan ərazisində və regionun hava məkanında monitorinq fəaliyyəti də daxil olmaqla, sərhədyanı əraziyə hərtərəfli nəzarəti həyata keçirir.
Ermənistan tərəfinin rəsmi səviyyədə bu məsələyə münasibət bildirməməsi diqqət çəkir. Hətta sərhəd xidmətinin baş verənlərlə bağlı mərkəzi məlumatlandırdığı, lakin nazirlikdən heç bir müdaxilə edilməməsinə dair tapşırıq verildiyi deyilir.









