Azərbaycan “İbrahim sazişləri”nə qoşulsa… – Surenyants təşvişə düşdü
“Reuters”in məlumatına görə ABŞ Prezident Donald Trampın rəhbərlik etdiyi hökumət Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələrinin “İbrahim sazişləri”nə qoşulması üçün fəal danışıqlar aparır. Bu saziş, ABŞ-ın İsraillə ərəb ölkələri arasında əlaqələrin qurulmasına yönəlmiş təşəbbüsüdür. Bakının da Təl-Əvivlə çox yaxın əlaqələri var”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Bakı razılaşacağı halda Vaşinqton və Təl-Əvivlə münasibətlərdə yeni rıçaqlar əldə edəcək:
“ABŞ bunu İranın təzyiqlərini məhdudlaşdıracaq strateji addım kimi qiymətləndirir. Lakin belə bir məsələ Ermənistana təzyiqlərin artmasına səbəb olacaq. Bizə deyəcəklər ki, Bakı ilə münasibətləri tənzimləyin. İrəvanı yeni regional status-kvo kontekstində yarana biləcək məsələlər daha çox maraqlandırmalıdır. ABŞ-ın dəstəyini itirmədən İranla münasibətləri tarazlamalıyıq”.









