Bia.Az

"Dövlət çevrilişi etmək planım yoxdur" - Zurabişvili

Region
 25-10-2024, 01:22     608

"Gürcüstanda dövlət çevrilişi etmək planı yoxdur".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili mətbuat konfransında deyib.

“Heç kim və ilk növbədə mən Gürcüstanda çevriliş etməyi planlaşdırmıram”, - Zurabişvili deyib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə dövlət çevrilişi hazırlayan qrup var.

Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçiriləcək parlament seçkilərindən sonra planlaşdırılıb. Onun sözlərinə görə, bu dəfə basqınçılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün “yalançı səbəb” yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.скачать dle 12.1