Bia.Az

“Türkiyə Bakı-İrəvan danışıqlarında vasitəçi olmaq istəmir, çünki…” – Safrastyan

Region
 25-10-2024, 01:12     592

“Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olmaq istədiyini düşünmürəm. Çünki İrəvanla Bakı arasında fundamental xarakter daşısa da, həll olunmamış problem çox azdır.”.

Globalinfo.az xəbər verir ki, bunu türkoloq Ruben Safrastyan deyib.

O bildirib ki, artıq çox şey razılaşdırılıb, ona görə də vasitəçiliyə ehtiyac yoxdur.

“Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra münasibətlərin normallaşdırılması məsələsində iştirak edəcəklər.  Bu, baş verməyincə, Türkiyə öz mövqeyini dəyişməyəcək və vasitəçi olmağa çalışmayacaq. Üstəlik, Türkiyə ilə Azərbaycan arasında münasibətlər o səviyyəyə çatıb ki, Rusiya onlara təsir göstərə bilməz. Eyni zamanda, Rusiya təkcə qazın təkrar ixracına görə deyil, həm də Rusiya-Azərbaycan-İran dəmir yolunun fəaliyyətində maraqlı olduğu üçün Azərbaycanla yaxınlaşmağa çalışır. Qərb tərəfindən təcrid olunmuş Moskva üçün bu marşrut vasitəsilə Çin və Hindistanla əlaqələri gücləndirmək vacibdir. Azərbaycan bu məsələdə əsas əhəmiyyət kəsb edir və 2028-ci ildə bu dəmir yolunun tikintisi başa çatana qədər, Moskva Bakıya yaxınlaşmağa çalışacaq”, – Safrastyan vurğulayıb.скачать dle 12.1