3 gün qaldı: Ermənistanın taleyi həll edilir – Danielyan

“Ermənistan hakimiyyətinin gələcəyi Gürcüstan seçkilərində həll olunacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan deyib.
Gürcüstanda təkcə Ermənistanın deyil, Cənubi Qafqazın da taleyi həll olunur. Ermənistan hakimiyyətinin gələcəyi də Gürcüstan seçkilərindən asılıdır. Əgər Gürcüstan seçkilərdən sonra Qərblə münasibətlərini pisləşdirsə, Qərbin yaxın münasibətdə olduğu yeganə dövlət Ermənistan olaraq qalacaq. Hətta Qərb lazım gələrsə, Ermənistan əhalisi üçün helikopterdən ərzaq da atar.
Bu seçkilərin geosiyasi əhəmiyyəti var. Hakimiyyətin dəyişməsi xarici oriyentasiyaların dəyişməsinə gətirir. İndi bu, daha kəskin şəkildə baş verir və hətta Ermənistan kimi kiçik bir ölkənin seçkiləri geosiyasi dəyişikliklərə, hətta müharibəyə gətirib çıxara bilər”, – o qeyd edib.