Bia.Az

Rus sərhədçiləri xəbərdarlıq etdi, Ermənistan qarışdı: “Bu, işğaldır”

Region
 23-09-2024, 09:54     325

“Ermənistan artıq Rusiya üçün dost ölkə deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Karen Hekimyan deyib.

Onun sözlərinə görə, rus sərhədçiləri Ermənistana gələnlərə xəbərdarlıq edirlər:

“Bu günlərdə Rusiyadan ölkəmizə gələn bir rus vətəndaşı ilə görüşdüm. Mənə dedi ki, Rusiya sərhədçiləri ona Ermənistanın dost ölkə olmadığını bildirib və buraya səfər etməməyi məsləhət görüblər. Əgər belədirsə, o zaman Rusiyanın 102-ci bazası ona dost olmayan ölkədə yerləşir. Klassik mənada isə buna işğal deyilir”.скачать dle 12.1