Baqrat elan etdi: yenidən başlayırlar…

“Vətən naminə Tavuş” hərəkatı oktyabrın 2-də yeni etiraz aksiyalarına başlayacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın lideri, erməni keşiş Baqrat Qalstanyan məlumat verib.
“Oktyabrın 2-də saat 18:30-da Respublika meydanına toplaşaraq mübarizənin gərgin və ardıcıl mərhələsinə qədəm qoyaraq fəal mübarizə dövrünü bərpa edirik”, – hərəkat lideri deyib.
Qeyd edək ki, etiraz aksiyaları iyun ayında dayandırılmışdı, lakin hərəkat payızda yenidən aktiv siyasi aksiyalara başlayacağını bildirib.