Bia.Az

Paşinyan Nyutonla müqayisə edildi – FOTO

Region
 25-08-2024, 21:26     452

Erməni ictimai xadimi Karen Həkimyan Ermənistan Baş naziri Nikol Paşinyan və görkəmli fizik İsaak Nyutonu müqayisə edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında yazıb.

“1666-cı ildə İsaak Nyuton alma ağacının altında dincəlirdi. Ağacın budağından alma düşdü. Həmin almaya baxan Nyuton cazibə qanununu kəşf etdi.

2024-cü ilin avqustunda Nikol Paşinyan Rubinyants küçəsi 2 ünvanına qonaq getdi. Binadan başına alma düşdü. Düşən almaya baxan Paşinyan onu atan şəxsi tapıb cəzalandırmağı əmr etdi.

Əgər Nyuton 1666-cı ildə cazibə qanununu kəşf etmək əvəzinə bir alma ağacının kəsilməsini əmr etsəydi, nə olardı? Paşinyan 2024-cü ilin avqustunda alma atan şəxsi tapıb cəzalandırmaq əvəzinə Nyutonun 3-cü qanununu öyrənməli idi”, – o qeyd edib.скачать dle 12.1