Bia.Az

Kursk vuruldu, mənə hücum edirlər – Saakaşvili

Region
 21-08-2024, 15:47     454

“Gürcüstanın Baş naziri İrakli Kobaxidze oliqarx “boz kardinal” Bidzina İvanişvilinin quludur”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

O, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının üzvlərini rus canavarları adlandırıb:

“Gürcü Arzusunun mənə hücumu Ukraynanın Kursk vilayətindəki uğurlarından yaranan qorxuya görədir. Prezident Vladimir Zelenski müasir Çörçildir. O, ölkəsini müdafiə edərək, Rusiyanın məğlubedilməzlik mifini həmişəlik dağıtdı. Baş nazir İ.Kobaxidze isə məni ölkəsində müharibəni alovlandırmaq və aqressora müqavimət göstərməkdə günahlandırır. Kobaxidze rus oliqarxı Bidzina İvanişvilinin sadəcə quludur. Zelenski isə əbədiyyən tarixdə qalacaq, bu, Aya uluyan gürcü canavarlarını da heç kim xatırlamayacaq. İvanişvili və sahibləri seçkini nə qədər saxtalaşdırmaq istəsələr də, gürcü xalqı onları bu payız ortadan götürəcək”.скачать dle 12.1