Bia.Az

Tehran Bakının gözlədiyi təkzibi yaymadı

Region
 19-08-2024, 00:28     505

İranın Britaniyadakı Səfirliyi  Prezident Məsud Pezeşkianla SEPAH arasında İsraillə bağlı ziddiyyətlərin olduğuna dair məlumatları təkzib edib. 

Globalinfo.az xəbər verir ki, səfirlik nüfuzlu “The Telegraph” nəşrinin yaydığı məlumatı İrana qarşı psixoloji müharibə adlandırıb.

Bir müddət öncə sözügedən nəşr sensasion iddia ilə çıxış etmişdi. Qəzetin məlumtına görə,  M.Pezeşkianın Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun lideri İsmayıl Haniyənin intiqamının alınması üçün İsrailin qonu ölkələrdə yerləşən obyektlərinin vurulmasını təklif edib. Pezeşkianın Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlərin hədəfə alınmasını, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilməsini dediyi iddia olunur. Beləliklə, İran prezidentinin ölkəsinin İsraillə birbaşa qarşıdurmadan çəkinməsinə çalışdığı bildirilir.

Maraqlıdır ki, İran rəsmiləri “The Telegraph”ın Pezeşkian və SEPAH münasibətlərinə dair məlumatlarını təkzib etsələr də, Azərbaycanla bağlı məsələyə münasibət bildirməyiblər. Bakı hələ də bu məsələ ilə bağlı rəsmi açıqlama gözləyir.скачать dle 12.1