Paşinyan şeir yazdı: “Real Ermənistan”

“Hesab edirəm ki, siyasi anlayışlar estetik ifadə almalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan qeyd edib.
O, Feysbuk səhifəsində “Real Ermənistan” şeirini paylaşıb.
Sözügedən şeirdə “Böyük Ermənistan” mifinə ironiya nəzərə çarpır və ermənilərin hazırkı Ermənistan Respublikasını inkişaf etdirməli olduğuna diqqət çəkilir.
Paşinyanın şeirinə erməni ictimaiyyətindən reaksiyalar gəlməkdədir. Müxalifət mediası xəbəri “Paşinyan günü-gündən kiçilən Ermənistana şeir yazıb” cümləsi ilə təqdim edib