Xameneidən Paşinyana Zəngəzur dəhlizi ilə bağlı tövsiyə

“Zəngəzur dəhlizinin açılması Ermənistan üçün zərərlidir və İran buna qarşıdır”.
Globalinfo.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə deyib.
Xamenei üstüörtülü şəkildə Ermənistanın son vaxtlar ABŞ və Fransanı regiona gətirməsi ilə bağlı narahatlığını ifadə edib:
“Region ölkələri təhlükəsizliyin təminatı üçün özlərinə və qonşularına güvənməlidir. Uzaqdan gəlib burada bəzilərinin işinə qarışılması sonra onların özlərinə ziyan vurur. Biz Ermənistanla əlaqələrimizin inkişaf edəcəyinə inanırıq. İki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq möhkəmlənib”.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda səfərdədir.