Bia.Az

Saakaşvili açıqladı: “Rusiya hücum edəcək: 3 seçimimiz var”

Region
 30-07-2024, 14:52     367

“Bidzina İvanişvili, onun tərəfdarları və himayədarları Gürcüstana köləlik və müharibə gətirmək istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

“Onlar bütün sivil dünyaya soyuq müharibə elan ediblər. Son müttəfiqimizdən də üz çevirdikdən sonra Rusiya bizə hücum edəcək və hər gürcüyə qarşı müharibəyə başlayacaq. B.İvanişvili deyir ki, ya sülhü, ya müharibəni, ya da köləliyi seçin. Amma biz sülh və azadlığı seçirik” – deyə o bildirib.

Qeyd edək ki, M.Saakaşvili daha öncə oktyabrda keçiriləcək parlament seçkilərinin saxtalaşdırılacağını deyib. O, xalqı etiraza səsləyib.скачать dle 12.1