Erməni deputat: “Paşinyanı hakimiyyətdə saxlayan Azərbaycan və Türkiyədir”

“Əgər Ermənistan hökuməti Azərbaycanın açıqlamalarına qarşılıq olaraq riskləri azaltmaq üçün addımlar atırıq deyirsə, bu o deməkdir ki, onların siyasəti doğru deyil”.
Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” Blokundan deputat Artur Xaçaturyan deyib. O, Paşinyan hökumətinin Azərbaycan və Türkiyəni tənqid etməkdən qorxduğunu bildirib:
“Üçüncü günahkarı axtarıb tapmaq bu ən azı siyasi həyasızlıqdır. Onlar hər kəsi ittiham edirlər, çünki hakimiyyətdə qalmalarının Azərbaycan və Türkiyədən asılı olduğunu anlayırlar. Bakı və Ankara isə deyir ki, əgər siz güzəştə getməsəniz, biz sərhəddə vəziyyəti gərginləşdirəcəyik və hər kəs sizin sülh proqramının müharibəyə gətirib çıxardığını görəcək”.