Bia.Az

Paşinyan hakimiyyətə gələndə deyirdi ki, azərbaycanlılar… – Akopyan

Region
 23-07-2024, 12:58     482

“Ermənistan hökumətinin mövqeyi sübut edir ki, Bakıdan səsləndirilən tezislər sadəcə tələb deyil, razılaşmadır”.

Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin deputatı Metakse Akopyan deyib.

“Azərbaycan sülh müqaviləsi üçün çoxlu sayda şərtin olduğu paket irəli sürür. Erməni tərəfindən cavab tələbləri səsləndirilmir, sadəcə, sülhün bərpasından  bəhs edilir. Erməni tərəfinin susqunluğu fonunda beynəlxalq tərəfdaşlar Bakının ünvanına tənqidlər səsləndirmirlər. Keçən dövr ərzində beynəlxalq güc mərkəzlərindən heç kim bir dəfə də Bakının sülhün bərpasına mane olması ilə bağlı tənqid sələndirməyib. Ermənistan baş naziri hakimiyyətə gəldikdən sonra dəfələrlə azərbaycanlılarla dinc yaşayış barəsində danışıb. Görünür, bu proses həyata keçirilir”, – o bildirib.скачать dle 12.1