Erməni hərbçilər “silahlandı”: “Ya Azərbaycana hücum, ya da…” – FOTO

Erməni hərbi ekspert Karen Vrtanesyanın ordu ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, ekspert erməni əsgərlərin dəyənək və qalxanla fotosunu paylaşaraq onların kimi hədəfə aldığını soruşub.
“Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası dəyənəklərdən və plastik qalxanlardan kimə qarşı istifadə edəcək?
İki variantdan birini seçin:
A) Azərbaycan hərbçilərinə qarşı?
B) Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə qarşı?”, – ekspert qeyd edib.
Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Buna əsasən, ordunun əsasən sülhməramlı bölməsinin maddi təminatı yardım vasitəsi ilə həyata keçiriləcək.