Bia.Az

“Heç bir xarici aktor Bakını buna məcbur edə bilməz” – Surenyants

Region
 20-07-2024, 01:22     636

“Münaqişə tərəflərindən heç birinin hazırda sülh sənədi imzalamaq üçün xüsusi motivasiyası yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyadakı prosesləri şərh edərkən erməni politoloq Suren Surenyants deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan liderləri hazırda sülh müqaviləsi imzalamağa hazır deyillər və bunun üçün onların öz səbəbləri var.

“Bu vəziyyətdə vasitəçilər faktoru ciddi rol oynamır. Qərb vasitəçiləri sadəcə olaraq platforma verirlər və ikitərəfli danışıqlarda Azərbaycan öz rıçaqlarından istifadə edir. Bununla yanaşı, rəsmi Bakı beynəlxalq platformalarda öz gündəmini legitimləşdirməyi bacarır. Belə bir vəziyyətdə potensial vasitəçilərin heç biri danışıqların real nəticəsi üçün məsuliyyəti öz üzərinə götürmək istəmir. Azərbaycan konkret tələblər qoyur və bu tələblər yerinə yetirilmədən sülh müqaviləsi imzalamaq niyyətində deyil. Ermənistan üçün isə bütün problem ondan ibarətdir ki, heç bir xarici aktor tələbləri yerinə yetirilmədən Bakını sülh sazişini imzalamağa məcbur edə bilməz”, – deyə Surenyants vurğulayıb.скачать dle 12.1